Nigerdə ​​terror aktı: 15 nəfər həyatını itirdi

DÜNYA
07:39 15.08.2024
140
Nigerin qərbində törədilən terror aktı nəticəsində 15 dinc sakin həyatını itirib.
 
AZXEBER.COM xarixi mətbuata istinadən xəbər verir ki, hücumlar Tillaberi bölgəsində baş verib.
 
Ordudan verilən açıqlamada, avqustun 12-də Tillaberi bölgəsinin Mehana bölgəsində naməlum silahlı şəxslərin mülki şəxslərə hücum etdiyi açıqlanıb.
 
Açıqlamada hücumda 14 mülki vətəndaşın həyatını itirdiyi bildirilib.
 
Ertəsi gün eyni bölgədə baş verən başqa hücumda 1 nəfərin öldüyü qeyd edildi.
 
Gülay
OXŞAR XƏBƏRLƏR