Nigeriyada daşqınlar nəticəsində 16 nəfər öldü

DÜNYA
01:38 15.08.2024
217
Nigeriyanın Jiqava əyalətində günlərdir davam edən yağışların səbəb olduğu daşqınlarda 16 nəfər həyatını itirib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Nigeriya Fövqəladə Hallar Agentliyinin baş katibi Haruna Mairiga verdiyi açıqlamada günlərdir davam edən leysan yağışların ştatda daşqınlara səbəb olduğunu bildirib.
 
Mairiqa daşqınlarda 16 nəfərin həyatını itirdiyini, çoxlu sayda insanın itkin düşdüyünü qeyd edib.
 
Sel səbəbiylə 3 min 936 evin su altında qaldığını bildirən Mairiga, yüzlərlə insanın evlərindən didərgin düşdüyünü bildirib.
 
Nigeriyanın Su Nazirliyi ölkənin bəzi bölgələrində güclü yağış və daşqınlarla bağlı xəbərdarlıq edib.
 
Gülay

OXŞAR XƏBƏRLƏR