Enerji şirkəti BP və Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) İsrailin enerji şirkəti "NewMed"in səhmlərinin 50 faizini almaq üçün 2 milyard dollarlıq təkliflərini dayandırıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, "NewMed Energy Limited Partnership" tərəfindən edilən açıqlamada şirkətlərin "xarici mühitdə yaranan qeyri-müəyyənlik" səbəbiylə planlaşdırılan səhm alışı ilə bağlı danışıqları dayandırmağa razı olduqları deyilib.
Açıqlamada BP və ADNOC-un sözügedən səhm alışında maraqlarını təzələdiyi vurğulanıb və "Danışıqlar yenidən başlanana və ya tamamilə dayandırılana qədər proses dayandırılmış vəziyyətdə qalacaq. Danışıqların davam edib-etməyəcəyi ilə bağlı heç bir əminlik yoxdur. Gələcəkdə razılaşma əldə oluna bilərmi, yaxud razılaşma əldə olunarsa hansı şərtlər olacaq" - deyə bu barədə məlumat yer almayıb.
"NewMed" İsrailin ən böyük qaz yatağı olan Leviathanda 45 faiz, Afrodita yatağında isə 30 faiz paya malikdir.
Mikayıl