Nüfuzlu telekanaldan "İnstagram"la bağlı təhlil: Türkiyə onu bloklamaqla...

Nüfuzlu telekanaldan "İnstagram"la bağlı təhlil: Türkiyə onu bloklamaqla...
DÜNYA
15:14 08.08.2024
142
Dünyanın aparıcı media qurumlarından olan Əl-Cəzirə telekanalı Türkiyədə "İnstagram"ın bloklanması ilə bağlı diqqətçəkən təhlil dərc edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bəzi ekspertlərin fikirlərinin yer aldığı məqalədə Türkiyənin İsrailin Fələstində törətdiyi şiddətə reaksiya verməkdən uzaqlaşdığına dair şərhlər verilib.
 
Türkiyənin İsrailə qarşı soyqırım iddiasıyla əlaqədar bəyanatını Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etməsini xatırladan Əl-Cəzirə "Beynəlxalq Ədalət Məhkəməsinə müraciət və İnstaqram qadağası Türkiyənin uzaqlaşdığının son əlamətləridir” deyə münasibət bildirib.
  
Məqalədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın uzun müddətdir Fələstini müdafiə edən açıqlamalar verdiyi həmçinin Davosda keçirilən Dünya İqtisadi Forumunda o vaxtkı İsrail prezidenti Şimon Pereslə keçirdiyi "Bir dəqiqə” böhranı da vurğulanıb. 
 
Qeyd edək ki, təhlil xarakterli məqalədə "İnstaqram"ın qadağan edilməsinin bir çox Türkiyə vətəndaşını narahat etdiyi bildirilib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR