Nura Suri: "Niyə koronavirusa yoluxan məşhurlar ölmürlər?"

Nura Suri: "Niyə koronavirusa yoluxan məşhurlar ölmürlər?"
MAQAZİN
15:46 07.06.2020
1877

Müğənni Nura Suri sosial şəbəkədə diqqəti çəkən status paylaşıb.

AZXEBER.COM bildirir ki, müğənni dünyada bir çox məşhurun koronavirusa yoluxduğunu, lakin onların arasında ölüm hallarının qeydə alınmamasını təəccüblə qarşıladığını bildirib: "Bütün dünyada pandemiya başlayan dövrdə xəstəliyə yoluxan məşhurlar sağalıblar. Bu, necə olur? Rusiyada Lev Leşenkadan (yaşından xəbərdarsınız) tutmuş, Hollivudun Tom Henksinə qədər (yaşı məlumdur), hətta deyirlər, Bəhram Bağırzadə də xəstələnib və vəziyyəti stabildir (maska taxırdı). Biri mənə başa salsın ki, bu virus ölümcüldür ya yox? Niyə məşhurlar xəstələnib, ölmürlər? Hamısı xəstələnib, sağalırlar. Emin Ağalarov hər gün izləyicilərini canlı ifaları ilə sevindirir. Deyirlər ki, o da xəstələnib, sağalıb. Bəs, bu xəstəlik səsinə təsir etməyib? Dostluğumda həkim varsa, yazıb başa salsınlar”.

OXŞAR XƏBƏRLƏR