Nyu-Yorkda binada partlayış olub, ölən və yaralılar var

Nyu-Yorkda binada partlayış olub, ölən və yaralılar var
DÜNYA
03:25 25.01.2026
844
ABŞ-nin Nyu-York şəhərinin (ABŞ) Bronks rayonunda 17 mərtəbəli yaşayış binasının iki mərtəbəsində yanğın baş verib.

Partlayışla müşayiət olunan yanğında bir nəfər ölüb, 14 nəfər yaralanıb.

Qeyd olunub ki, zərərçəkənlərdən biri ağır vəziyyətdədir.

Məlumata görə, yanğın nəticəsində təxminən 13 mənzilə ziyan dəyib.

Şəhərin meri Zöhran Mamdani bildirib ki, binadakı bütün kommunikasiyalar söndürülüb və 148 mənzilin sakinləri təxliyə edilib. Hakimiyyət orqanları onları yaxınlıqdakı məktəbə yerləşdiriblər.
 
/report
OXŞAR XƏBƏRLƏR