Odessaya PUA hücumu olub, ölənlər və yaralananlar var

Odessaya PUA hücumu olub, ölənlər və yaralananlar var
DÜNYA
13:01 02.03.2024
149
Ukraynanın Odessa şəhərində Rusiya ordusunun şəhərə endirdiyi pilotsuz təyyarə zərbəsi nəticəsində çoxmərtəbəli yaşayış binasının bir hissəsi dağılıb, yeddi nəfər yaralanıb, bir neçə nəfər ölüb.

AZXEBER.COM BAKU.WS xəbər verir ki, bu barədə Unian məlumat yayıb.

Ukraynanın cənubundakı müdafiə qüvvələrinin məlumatına görə, hücum gecə yarısı həyata keçirilib. Bir saat ərzində hava hücumundan müdafiə bölmələrinin bu hücumu intensiv şəkildə dəf etdiyi bildirilir. Nəticədə yeddi hədəf məhv olunub.

Pilotsuz təyyarələrdən biri Odessanın yaşayış məntəqələri arasında manevrlər zamanı yaşayış massivində 9 mərtəbəli binaya çırpılıb.
Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.
OXŞAR XƏBƏRLƏR