Odri Hepbernin broşu bu qiymətə satıldı

Odri Hepbernin broşu bu qiymətə satıldı
MAQAZİN
11:00 01.02.2026
324
Bir vaxtlar əfsanəvi Hollivud aktrisası Odri Hepbernə məxsus olmuş "Bulgari" broşu Parisdə "Sotheby’s" hərracında 355,6 min avroya satılıb.

AZXEBER.COM xəbər verir ki, lotun yekun qiyməti ilkin 60 min avroluq dəyərləndirməni təxminən altı dəfə üstələyib. 1960-cı illərə aid olan bu zinət əşyası tovuz quşu formasında hazırlanıb və üzərində sapfirlər, zümrüdlər və brilyantlar istifadə olunub.

Qeyd edək ki, Broş Odrinin rəfiqəsi Doris Brinnerin kolleksiyasına daxil idi. Məlumata görə, Hepbern zinət əşyasını ona şəxsi hədiyyə kimi təqdim edib. Hərracı təşkil edən isə Brinnerin qızı Viktoriya olub.

 

 


 

OXŞAR XƏBƏRLƏR