Omba böyütmə əməliyyatı keçirən 3 uşaq anası həyatının şokunu yaşadı- FOTO

Omba böyütmə əməliyyatı keçirən 3 uşaq anası həyatının şokunu yaşadı- FOTO
MAQAZİN
11:46 01.11.2019
16603
26 yaşlı qadın həkim səriştəsizliyinin qurbanı olub.

AZXEBER.COM Milli.Az-a istinadla xəbər verir ki, Brazilyada yaşayan 26 yaşlı Angela Pedrosa adlı qadının omba böyütmə əməliyyatından sonra bədən quruluşu eybəcər hal alıb.

Belə ki, modelin ombasına yerləşdirilən silikondan bədəninə infeksiya düşüb və həkimlər onu çıxartmaq məcburiyyətində qalıblar.

Silikon çıxarıldıqdan sonra qadının budlarında iri dəlik əmələ gəlib. Rio de Janeyro şəhərindəki xəstəxanaların birində 2 ay müdətində müalicə alan qadın ikinci dəfə əməliyyat olunub.

Şəkillərini sosial şəbəkədə paylaşan qadın omba əməliyyatı etdirdiyinə görə peşman olduğunu bildirib və qadınları belə əməliyyatlardan çəkinməyə səsləyib.

Qeyd edək ki, Angela Pedrosa ailəlidir, 3 övladı var.
 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR