Onlarla adamın saxlanıldığı iddia olunurdu - İran xəbərləri təkzib etdi

Onlarla adamın saxlanıldığı iddia olunurdu - İran xəbərləri təkzib etdi
DÜNYA
13:13 06.08.2024
136
"Hələlik Haniyənin sui-qəsdi ilə bağlı heç kim saxlanılmayıb”.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri İran Ədliyyə Nazirliyinin sözçüsü Əsgər Cihangir deyib.
 
O, xəbər saytlarında yayılan həbslərlə bağlı xəbərləri təkzib edərək bunları deyib:
 
"Bəzi qəzetlərdə və sosial media saytlarında həbslərin olduğu ilə bağlı xəbərlər var. Bu işlə bağlı heç bir həbs olmayıb".

Hadisədən dərhal sonra İran Silahlı Qüvvələrin Ədliyyə Baş İdarəsinin rəisinin göstərişi ilə hərbi prokurorluğun təhqiqat başlatdığını və dəlillərin toplanması prosesinin davam etdiyini bildirən İran rəsmisi araşdırmalar bitdikdən sonra açıqlama veriləcəyini qeyd edib.

Xatırladaq ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda qətlə yetirilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR