"Onunla çox böyük sevgi yaşamışıq" - Aydan Şenerdən illər sonra gələn etiraf

"Onunla çox böyük sevgi yaşamışıq" - Aydan Şenerdən illər sonra gələn etiraf
MAQAZİN
10:39 13.11.2025
162
Türkiyə kinosunun sevilən siması Aydan Şener uzun zaman sonra aktyor həmkarı Kerem Alışık ilə yaşadığı eşqdən danışıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Alışıka olan sevgisini böyük məhəbbət adlandırıb.
 
"Kerəmlə yaşadığımız elə belə münasibət deyildi, böyük sevgi idi. Onu insan kimi hələ də çox sevirəm, çox gözəl qəlbi var. Qarşılaşdığımız zaman söhbət edirik. Aramızda heç zaman küsülülük olmayıb" - deyə Şener bildirib.
 
Xatırladaq ki, Aydan Şener və Kerem Alışık 1998-ci ildə sevgili olduqlarını açıqlamışdılar. Onların bərabərliyi 2 il davam etmişdi.
 
Aysel

 



OXŞAR XƏBƏRLƏR