Orhan Pamuk: "Türklər bu torpaqlarda 30 min kürdü və 1 milyon emənini öldürüb"

MARAQLI
11:42 27.03.2011
1692
Xəbərdə bildirilir ki, Pamukun cəriməyə məruz qalmasının səbəbi "Türklər bu torpaqlarda 30 min kürdü və 1 milyon emənini öldürdü" deməsidir. Buna görə o, "Ergenekon" işi üzrə ittiham olunan vəkil Kamal Kerinçsiz və şəhid yaxınları olan 5 adama cəmi 6 min lirə təzminat ödəməli olacaq. Pamuka cərimə sanksiyasını Şişli rayon 3-cü Hüquq Məhkəməsi kəsib. Yazıçı bu qərara 15 gün içərisində etiraz edə bilər. 

Qeyd edək ki, Pamuk həmin qalmaqallı fikri 2005 ilin oktyabr ayında Almaniyada çıxış edərkən dilə gətirib, daha sonra İsveçrədə çıxan bir jurnala verdiyi reportajda təkrar edib. Pamuk deyib ki, bu sözü Türkiyədə heç kim dilə gətirməyə cəsarət edə bilmir, amma edir.

OXŞAR XƏBƏRLƏR