Ova gedən gənc özünü güllələdi

HADİSƏ
13:09 21.10.2023
383
Tovuzda 26 yaşlı gəncin özünü ov tüfəngi ilə güllələməsi faktı araşdırılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, Tovuz rayonu Böyük Qışlaq kənd sakini, 1997-ci il təvəllüdlü Turan Rüstəmovun oktyabrın 20-də həmkəndliləri ilə ovda olarkən əlindəki ov tüfəngindən ehtiyatsızlıqdan atəş açılması nəticəsində xəsarət alaraq ölməsi faktı ilə bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR