Çoxmərtəbəli yaşayış binasında yanğın

SOSİAL
10:51 10.04.2016
3900
Paytaxtın Xətai rayonunda mənzildə yanğın olub.
AZXEBER.COM-a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 92 kv.m olan 2 otaqlı mənzilin mətbəxində 4 kv.m sahədə mətbəx mebeli və paltaryuyan maşın yanıb.
Mənzil yanğından mühafizə olunub. Yanğın saat 01:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR