Pakistanda zəlzələ nəticəsində 2 nəfər ölüb

Pakistanda zəlzələ nəticəsində 2 nəfər ölüb
SOSİAL
21:43 10.04.2016
1626

Bu gün Əfqanıstanda baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində Pakistanda 2 nəfər ölüb, on nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Yeraltı təkanlar Əfqanıstanın Hindiquş bölgəsində yerləşən Aşkaşam şəhərindən 50 km. cənubda qeydə alınıb. Zəlzələnin ocağı yerin 211 km. dərinliyində olub. Əfqanıstanda insan itkisi barədə hələ ki məlumat yoxdur.

OXŞAR XƏBƏRLƏR