AZXEBER.COM-un məlumatına görə, yarımfinala çıxan ilk 3 komandanın adı artıq məlum olub. İlk matçda Kolumbiya və Peru yığmaları üz-üzə gəlib. Matçın taleyi əlavə vaxtda həll olunub. Həmin yarım saatda 2 cavabsız qol vuran Peru futbolçuları gözlənilmədən növbəti mərhələyə adlayıb.
Argentina – Uruqvay oyunu isə meydan sahiblərinin fiaskosu ilə əlamətdar olub. Lionel Messi və komandası növbəti böyük uğursuzluğa düçar olublar. Onlar doğma divarlar arasındakı çempionatda mübarizəni dayandırıblar. Düzdür, Peresin 5-ci dəqiqədəki qoluna İquayn 12 dəqiqə sonra cavab verə bilib. Lakin penaltilər seriyasınadək sürən mübarizədə Uruqvay qalib gəlib. Lionel heç olmasa 11 metrlik zərbələr seriyasında dəqiq olsa da, Tevezsin fərqlənə bilməməyi Argentinanın 4:5 hesabı ilə uduzmasına səbəb olub.
Qeyd edək ki, Peru və Uruqvay ilk yarımfinal cütünü təşkil edib.
Bu dəqiqələrdə isə Braziliya ilə Paraqvay qarşılaşır. Oyunun 90-dəqiqəsi 0:0 hesabıyla sona çatıb.
Hazırda əlavə olunmuş vaxtın ilk hissəsi bitdi. Hesab açılmayıb. 11 metrlik zərbələrlə Paraqvay qalib gəlib.
Beləliklə, yarımfinala Peru, Uruqvay, Paraqvay vəsiqə qazanıb. Son vəsiqənin taleyinə sabah keçiriləcək Venesuela - Çili oyununda aydınlıq gələcək