Ermənistanla Azərbaycan arasında bir il yarımdan çoxdur de-fakto sülh bərqərar olub.
AZXEBER.COM Ermənistan mediasına istinadən xəbər verir ki, Baş nazir Nikol Paşinyan partiyasının qurultayında "artıq bir il yeddi aydır Ermənistan-Azərbaycan xəttində atışmalar nəticəsində itkilərin olmadığını" bildirib.
O qeyd edib ki, Ermənistanın mütəqilliyi dövründə heç vaxt belə bir dövr olmayıb.
"Sülh budur", - Paşinyan əlavə edib.
/// APA