"Pegasus" Azərbaycandan uçuşları dayandırdı

İQTİSADİYYAT
23:48 04.10.2016
1363
Türkiyənin aşağıbüdcəli "Pegasus” aviaşirkəti Azərbaycandan uçuşları dayandırıb.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Fins.az-a aviaşirkətdən bildirilib. Məlumata görə, Qəbələ-İstanbul və əks istiqamətə uçuşlar sentyabr ayının 30-dan etibarən dayandırılıb. Şirkətdən tam olaraq səbəb açıqlanmasa da, uçuşların mövsümü xarakterli olduğu üçün dayandırıldığı bildirilib. "Pegasus”dan o da bildirilib ki, Azərbaycana yeganə olaraq Qəbələdən uçuşlar mart ayında yenidən bərpa ediləcək. Qeyd edək ki, aviaşirkət 2016-cı ilin mart ayından etibarən Qəbələdən uçuşları bərpa etmişdi. Şirkət Qəbələ hava limanından həftədə 3 reys həyata keçirirdi.

OXŞAR XƏBƏRLƏR