Pekin Olimpiadasına gələn heyət üzvlərində koronovirus aşkarlandı

Pekin Olimpiadasına gələn heyət üzvlərində koronovirus aşkarlandı
İDMAN
19:44 26.01.2022
266
Çində Pekin Olimpiadasına gələn insanlar arasında koronavirusa 13 yeni yoluxma halı müəyyən edilib. Bu barədə təşkilat komitəsinin çərşənbə günü dərc olunmuş məlumatında deyilir.

Bildirilir ki, yanvarın 25-də Çinə 334 nəfər, o cümlədən 54 idmançı və rəsmi şəxs, həmçinin 280 "digər maraqlı tərəflərin nümayəndəsi” yollanıb.

Xatırladaq ki, Olimpiya Oyunları fevralın 4-dən 20-dək Pekində keçiriləcək.
OXŞAR XƏBƏRLƏR