Çində Pekin Olimpiadasına gələn insanlar arasında koronavirusa 13 yeni yoluxma halı müəyyən edilib. Bu barədə təşkilat komitəsinin çərşənbə günü dərc olunmuş məlumatında deyilir.
Bildirilir ki, yanvarın 25-də Çinə 334 nəfər, o cümlədən 54 idmançı və rəsmi şəxs, həmçinin 280 "digər maraqlı tərəflərin nümayəndəsi” yollanıb.
Xatırladaq ki, Olimpiya Oyunları fevralın 4-dən 20-dək Pekində keçiriləcək.