Bu ilin yanvar-iyul aylarında pensiya ödənişlərinə ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz və ya 426 milyon manat çox vəsait yönəldilib.
AZXEBER.COM xəbər verir ki, 2026-cı ilin ilk 7 ayında pensiya ödənişlərinin ümumi məbləği 4 milyard 568 milyon manat təşkil edib.
Cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. Avqustun 1-nə olan məlumata görə, pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artaraq 595 manata çatıb.
Yaşa görə orta aylıq pensiyanın məbləği isə 633 manat təşkil edib.
Məlumata görə, yanvar-iyul aylarında 25 min pensiya təyinatı elektron sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Ümumilikdə isə elektron pensiya təyinatına başlanıldığı 2019-cu ilin əvvəlindən 203 min pensiya e-sistem vasitəsilə proaktiv şəkildə təyin olunub.











































