Peugeot şirkəti Frankfurt avto-şousu öncəsi mətbuatı yenilikləri ilə təəccübləndirib. Brendin ikirəngli 308R modelinin fotoları xüsusi maraqla qarşılanıb. Önü qırmızı, arxası qara olan yeni Peugeot Frankfurt şousunda şümayiş ediləcək 308-in “qaynar” versiyasıdır.
Yeni avtomobil adi hetçbəkdən yüngül olacaq və RCZ R-in mühərrikinə - 1.6 litrlik turbo mühərrikə yiyələnəcək. Avtomobilin kupe versiyası 273 at gücü və 330 nyuton-metr dartı qüvvəsinə malikdir.
Xarici görünüşcə aqressiv olan modelin aşağı asqı sistemi, baqaj üstündəki spoyleri və 2 səsboğucu borusu ona idman görünüşü verir.


