Peyvənd olunanlar niyə maska taxmalıdır?

Peyvənd olunanlar niyə maska taxmalıdır?
SAĞLAMLIQ
22:06 10.08.2021
1673
"Son bir aydır yoluxma diaqnozu qoyulanların sayı 10 dəfə artıb. Yoluxma sayı 2 faizdən 13 faizədək yüksəlib”.

AZXEBER.COM "Oxu.az"a istinadən xəbər verir ki, bunu Real TV-yə müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

O qeyd edib ki, bu, əhali arasında xəstələrin sayının artdığını göstərir:

"Bilirik ki, Azərbaycanda "Delta” ştammı var. Yoluxma sayı da artır. Tədbir görməsək, sentyabrda rəqəmlər çox yüksək ola bilər”.

O, əlavə olaraq qeyd edib ki, pandemiya şəraitində 1,5 il keçib, insanlar yorulub: "Maska taxmaq asan şey deyil. Bunun fərqindəyik".

H.Harmancı bildirib ki, açıq məkanlarda maskasız gəzməyə icazə veriləndə insanlar düşünmüş ola bilərlər ki, artıq ümumiyyətlə, maskaya ehtiyac yoxdur:

"Elə deyil. Azərbaycanda peyvənd olunanların sayı çox artdı. Əhalinin təxminən 25 faizi iki doz vaksinasiyadan keçib. Beş milyondan çox insan isə ən az bir doza peyvənd qəbul edib. Peyvəndlər bizi ağır xəstəlikdən, xəstəxanalıq olmaqdan və ölümdən qoruyur.

Əgər virus bizim orqanizmimizə daxil olubsa, bunu başqalarına ötürməyimizin qarşısını almır. Yəni mən xəstələnmədən peyvənd olunmuş ola bilərəm.

Bilirsiniz ki, peyvəndlər 100 faiz qorumur. Virus mənə keçibsə, onu özüm xəstələnmədən başqalarına ötürə bilərəm. Bu, o deməkdir ki, peyvənd olunsam da, maska taxmağa məcburam”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
10:33 16.09.2025
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
10:25 16.09.2025
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
10:22 16.09.2025
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
Narkokuryer həbs olundu
09:57 16.09.2025
Narkokuryer həbs olundu
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı
09:45 16.09.2025
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı