"Pişik" Günel "Əjdaha" Nadirə “cırmaq” atdı

"Pişik" Günel "Əjdaha" Nadirə “cırmaq” atdı
ŞOU-BİZNES
12:23 27.09.2011
7143
Populyar müğənni Nadir Qafarzadənin Azərbaycanda bir çox gənc xanım ifaçıların oxumaq üçün ailəsini, həyat yoldaşını atdığını söyləməsi bəzi müğənnilərin qəzəbinə səbəb olub. 
AZXEBER.COM-un Day.Az-a istinadən verdiyi məlumata görə, N.Qafarzadənin ittihamlarına cavab Günel Ələkbərovadan gəlib.
Qeyd edək ki, N.Qafarzadə həmin ifaçılara himayədarları tərəfindən 1 il ərzində maşın, mənzil alındığını bildirmişdi.
G.Ələkbərova pulu öz zəhmətilə qazandığını, həmkarının ittihamlarını özünə aid etmədiyini söyləyib: "Hərənin öz fikri var. Nadirin bütün gənc ifaçılara belə ittiham ünvanlamağa haqqı yoxdur. Əgər sözü varsa, qoy konkret ad çəksin".
"Bu gün bizim şou-biznesdə kişilərə qadınlardan daha çox pul xərcləyirlər", - deyə Günel Ələkbərova bildirib.
OXŞAR XƏBƏRLƏR