Polad Alemdar və Türkan Şoray Mehriban Əliyevanın təqdimatında - FOTOLAR

MƏDƏNİYYƏT
12:00 19.11.2014
5567
Tanınmış türklər İstanbulun Çırağan sarayında keçirilən “Bakı-2015” ilk Avropa oyunlarının növbəti təqdimatına qatılıblar.Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdimat mərasimində iştirak edib.Aralarında Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay, aktrisa Türkan Şoray, aktyor Necati Şaşmaz (Polad Alemdar) olan tanınmışlar əvvəlcə “Baku-2015”-ə həsr olunmuş bürünc heykəllərindən ibarət sərgiyə baxıblar. “Biz birlikdə” adlanan bu sərgidə 20-dən çox heykəltaraşımızın əsərləri nümayiş etdirilib.Sonra qonaqlar Azərbaycanın mənzərələrindən ibarət fotoşəkillərə də baxıblar. Burada da ölkəmizin regionları ilə yanaşı, Bakının müxtəlif mənzərələri, o cümlədən Azərbaycanın mədəniyyətinin şah əsərləri fotolar vasitəsilə yüksək səviyyədə təmsil olunurdu.

OXŞAR XƏBƏRLƏR