Polad Alemdarın yeni “sağ əli” - FOTOLAR

MAQAZİN
11:25 07.10.2014
4029

Ərtuğrul Şakar isə kanalın Ərdoğana qarşı qərəzli mövqe tutduğunu iddia edərək serialdan ayrılmışdı.

Türkiyədə və Yaxın Şərqdə reytinq rekordları qıran “Kurtlar Vadisi Pusu” serialına yeni aktyor transferi oldu.

AZXEBER.COM-un ANS Press-ə istinadən məlumatına görə, “Şefkat Tepe” serialında Kordon Cəlil obrazı ilə tanınan aktyor Ərtuğrul Şakar “Vadi”də Polad Alemdarın yeni sağ əli olacaq.

Qeyd edək ki, “Şefkat Tepe” serialı Fəthullah Gülənin rəhbərlik etdiyi “Hizmet” hərəkatına aid “Samanyolu” kanalında nümayiş olunurdu. Aktyor Ərtuğrul Şakar isə kanalın hökumətə və Rəcəb Tayyib Ərdoğana qarşı qərəzli mövqe tutduğunu iddia edərək serialdan ayrılmışdı.

Film şərhçiləri hesab edir ki, Ərtuğrul Şakar “Kurtlar Vadisi Pusu” serialını səssiz – sədasız tərk edən, Abdulhey Obrazını yaradan aktyor Kənan Çobanın yerini tutacaq.

OXŞAR XƏBƏRLƏR