Polis rəisini bıçaqlayan şəxs İnterpola verildi

SOSİAL
15:02 09.03.2016
2159
Azərbaycanda polis rəisini bıçaqlayan şəxs beynəlxalq axtarışa verilib.
30 yaşlı Xəyal Qəhrəmanov Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq – silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirləndirilir. O, Azərbaycandan qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.
X. Qəhrəmanov Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi Anar Şıxəliyevi bıçaqlamaqda təqsirləndirilən dəstənin üzvüdür. 2015-ci ildə bir qrup şəxs polis rəisi Anar Şıxəliyev idarə etdiyi “Mercedes Galenvagen” markalı avtomobilə hücum edib. Beysbol çubuqları ilə maşını əzən şəxslər polis rəisinə bir bıçaq zərbəsi endirərək hadisə yerini tərk ediblər.
Həyata keçirilən tədbirlər nəticəsində hadisə iştirakçıları - Anar Əliyev, Ceyhun Niftəliyev, Nurlan Həsənov və Ələkbər Qəhrəmanov tutulub. Hazırda tutulan həmin şəxslərin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bir neçə gün əvvəl keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, Ələkbər Qəhrəmanovun 11 il, Ceyhun Niftəliyevin 8 il, Anar Əliyevin və Nurlan Həsənovun hər birinin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
APA.az

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb