Polisi “avtoş”ları yeni üsulla tutacaq

MARAQLI
11:10 27.11.2011
3417
Vyetnamda yol hərəkəti qaydalarına demək olar ki əməl olunmur. Yol polisinin rüşvət alması isə adi haldır. Bu səbəbdən böyük şəhərlərdə motosikletçilər bir-biri ilə yarışır və qəzaların sayı artır. Bayram günləri isə küçələr qan gölünə dönür.Polis vəziyyətdən çıxış yolu kimi təhlükəli motosikletçiləri torla tutmağa qərar verib. Polis polkovniki May Duy Xuanın dediyinə görə, artıq 21 motosikletçi bu üsulla saxlanıb. Yeni qayda tezliklə bütün şəhərlərdə tətbiq ediləcək. Bu metodun tətbiqi zamanı motosikletçi yüngül xəsarət ala bilər.Xatırladaq ki, Vyetnamda motosikletdən əsasən taksi kimi istifadə edilir. Rəsmi məlumata görə, ölkədə ötən il yol qəzalarında 12 000 nəfər həlak olub.
lentşaz

OXŞAR XƏBƏRLƏR