Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin Ermənistana növbəti səfəri planlaşdırılır.
"Politico” nəşrinin məlumatına görə, səfər iyulun 1-də baş tutacaq.
Avropa Komissiyası rəhbərini Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos müşayiət edəcək.
Bu, von der Leyenin son iki ay ərzində Ermənistana ikinci səfəri olacaq. O, mayın əvvəlində İrəvanda keçirilən Aİ-nin sammitlərində iştirak edib.










































