Litva hökuməti istefa verdi

Litva hökuməti istefa verdi
DÜNYA
18:15 23.06.2026
118
Litva hökuməti istefa verib.

LRT-nin xəbərinə görə, Litvanın 20-ci hökuməti son iclasını keçirib və nazirlər yekdilliklə hökumətin istefasını dəstəkləyib.

Baş nazir İnqa Ruqiniene hökumətin səlahiyyətlərinin prezidentə qaytarılması barədə qərar verildiyini deyib.

O, çətinliklərə baxmayaraq, hökumətin bir çox nailiyyət əldə etdiyini vurğulayıb.

Qeyd edək ki, Litvada hökumətin istefasından sonra prezidentin yeni Baş nazir postuna namizəd təqdim etmək üçün 15 gün vaxtı var. Bundan sonra namizəd parlament tərəfindən təsdiq olunmalıdır.

OXŞAR XƏBƏRLƏR