Almaniya Kansleri: Rusiya Ukraynadan daha çoxunu istəyir

Almaniya Kansleri: Rusiya Ukraynadan daha çoxunu istəyir
DÜNYA
18:30 25.11.2026
47
Almaniya Kansleri Fridrix Merts Rusiyanın Ukraynadan daha geniş geosiyasi məqsədləri olduğunu və Avropa ölkələrinə təzyiqi artırdığını bildirib.

"The Guardian" xəbər verir ki, Merts bu barədə Bundestaqda 2027-ci il dövlət büdcəsinin müzakirəsi zamanı çıxışında deyib.

"Rusiya nə istədiyini dəqiq bilir və onun istədiyi təkcə Ukrayna deyil”, - o bildirib.

Kansler Rusiyanın Baltik regionunda, Polşada, Qara dənizdə və hətta kosmosda gərginliyi artırdığını bildirib.

"Bu, böyük miqyasda baş verir, o cümlədən öz sərhədlərimiz daxilində, hətta insan həyatı bahasına. Buna görə də biz avropalılar Rusiya üçün aydın sərhədlər müəyyən etməliyik və edəcəyik”, – o vurğulayıb.

Merts Ukraynaya dəstəyin Almaniyanın və Avropanın öz təhlükəsizliyinin qorunması demək olduğunu da qeyd edib.

O, həmçinin Almaniyanın müdafiə, infrastruktur, demoqrafik dəyişikliklər və iqtisadiyyat sahələrində uzun müddət diqqətdən kənarda qalmış problemləri həll etməli olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR