Saqqalı ilə dünya rekordu qıran qadın 20 ildən sonra görünüşünü dəyişmək qərarına gəldi

Saqqalı ilə dünya rekordu qıran qadın 20 ildən sonra görünüşünü dəyişmək qərarına gəldi
DÜNYA
07:58 25.11.2026
67
Tam saqqalı olan ən gənc qadın kimi Ginnesin Rekordlar Kitabına düşən 35 yaşlı Böyük Britaniya vətəndaşı Harnaam Kaur 20 il ərzində uzatdığı saqqalını qırxmaq qərarına gəlib.

Bu barədə "People" jurnalı məlumat yayıb.

Kaur bu qərarın onun üçün emosional, eyni zamanda həyatının yeni mərhələsinə doğru həyəcanverici bir addım olduğunu vurğulayıb.

O, özünü saqqalsız görmək istədiyini, lakin görünüşünü dəyişməyə tələsmədiyini etiraf edib. Britaniyalı qadın yeni görünüşünü yalnız özünü tam hazır hiss etdikdə ictimaiyyətə təqdim etməyi planlaşdırır.

Harnaam Kaurun sözlərinə görə, bu addımı atması cəmiyyətin gözləntilərindən daha çox şəxsi istəyinə əsaslanır. O bildirib ki, necə görünməsindən asılı olmayaraq, tənqidçilər onu qınamaq üçün həmişə bir səbəb tapacaqlar.

Qeyd edək ki, britaniyalı qadının üzündə yeniyetməlik dövründə polikistik yumurtalıq sindromu səbəbindən saqqal çıxmağa başlayıb. 2015-ci ildə, 24 yaş 282 günlük olarkən Kaurun rekordu rəsmən təsdiqlənib və o, tam saqqalı olan ən gənc qadın tituluna sahib olub.

///oxu.az
OXŞAR XƏBƏRLƏR