Nazir ona yüksək vəzifə verdi

Nazir ona yüksək vəzifə verdi
SOSİAL
15:31 25.11.2026
126
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) yeni təyinat olub.

AZXEBER.COM İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı nazir Anar Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Ayşən Bayramova Nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub.

O, 2023-cü ildən yeni təyinatadək Nazirlikdə baş məsləhətçi vəzifəsini tutub. 2015-2023-cü illərdə isə aparıcı məsləhətçi vəzifəsində fəaliyyət göstərib.
OXŞAR XƏBƏRLƏR