"Sabah" komandası bu gün "Barselona" ilə üz-üzə gələcək

"Sabah" komandası bu gün "Barselona" ilə üz-üzə gələcək
İDMAN
09:16 25.11.2026
57
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək.

AZXEBER.COM-un məlumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv İspaniya təmsilçisi "Barselona"nı qəbul edəcək.

Liqa mərhələsinin V turunun qarşılaşması Bakı Olimpiya Stadionunda, saat 21:45-də start götürəcək.

Matçın baş hakimi şotlandiyalı FIFA referisi Nikolas Uolş olacaq.

"Sabah" hazırda 3 xalla 30-cı yerdədir. İngiltərənin "Mançester Yunayted" (0:4), Almaniyanın "Borussiya" (Dortmund) (1:2) və Norveçin "Vikinq" komandasına (1:4) uduzan Azərbaycan təmsilçisi III turda "Slaviya"ya (Çexiya) qalib gəlib - 2:0.

"Barselona" isə 9 xalla 8-ci pillədə qərarlaşıb. Kataloniyalılar daha əvvəl İngiltərənin "Aston Villa" (3:0), Türkiyənin "Qalatasaray" (4:1) və Niderlandın "Feyenoord" (5:1) klubunu məğlub edib. "Barselona" yeganə məğlubiyyətini II turda Fransada PSJ ilə görüşdə alıb - 2:4.
OXŞAR XƏBƏRLƏR