ürkiyənin İstanbul şəhərində məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan 24 şübhəlidən aralarında sənətçilər Özcan Deniz, Deniz Çakır və Burcu Özberkin də olduğu 10 nəfər məhkəməyə gətirilib. Prokurorluqda ifadələri alınan Ceylan Kaya barəsində həbs, Burcu Özberk, Özcan Deniz, Murat Ceylan, Ufuk Gündoğdu, Deniz Sözen, Murat Başoğlu, Deniz Çakır, İbrahim Yılmaz və Onur Yüksel barəsində isə məhkəmə nəzarəti tədbirinin tətbiqi tələb olunub.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, İstanbul Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırma fahişəlik, narkotik və ya psixotrop maddələrin ticarəti, onların əldə edilməsi, istifadəsi və saxlanılması ilə bağlıdır.
İstintaq çərçivəsində Deniz Sözen, Mehmet Can Karcı, Murat Ceylan, Muammer Kapucuoğlu, Deniz Çakır Baykal, Pınar Bent, Ceylan Kaya, Işıl Işık Demir, İbrahim İzzet Özilhan, Burhan Karaca, Cem Güler, Erdal Bozkuş, İbrahim Yılmaz, Özcan Deniz, Saghar Shojaei, İlknur Şahin, Burcu Özberk, Meltem Özkayan, Seher Grothe Sevdişan, Ufuk Gündoğdu, Onur Yüksel, Cansu Taşkın, Murat Başoğlu və Özden Cerrahoğlu saxlanılıblar.
Digər şübhəlilərin tutulması istiqamətində əməliyyatların davam etdiyi bildirilib Polisdəki prosedurları başa çatan 24 şübhəli tibbi müayinədən keçirildikdən sonra məhkəməyə aparılıb.
Burcu Özberk, Özcan Deniz, Murat Ceylan, Ufuk Gündoğdu, Deniz Sözen, Murat Başoğlu, Deniz Çakır, İbrahim Yılmaz, Ceylan Kaya və Onur Yükselin prokurorluqda ifadələri alınıb. Saxlanılan 14 şübhəlinin əlavə ifadələrinin alınması üçün yenidən polis idarəsinə aparılmasına qərar verilib.
Prokurorluqda ifadələri tamamlanan Ceylan Kaya barəsində həbs qətimkan tədbirinin seçilməsi, Burcu Özberk, Özcan Deniz, Murat Ceylan, Ufuk Gündoğdu, Deniz Sözen, Murat Başoğlu, Deniz Çakır, İbrahim Yılmaz və Onur Yüksel barəsində isə məhkəmə nəzarəti tədbirinin tətbiqi tələbi ilə onlar məhkəməyə göndəriliblər.











































