Kreml: Paşinyanın Rusiyaya səfərinə hazırlıqlar gedir

Kreml: Paşinyanın Rusiyaya səfərinə hazırlıqlar gedir
DÜNYA
19:12 25.11.2026
43
Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfərinə hazırlıqlar gedir.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Vesti”yə açıqlamasında bildirib.

Peskovun sözlərinə görə, Nikol Paşinyan Rusiyaya səfəri zamanı dekabrın 21-də keçiriləcək MDB liderlərinin qeyri-rəsmi sammitində iştirak edib-etməyəcəyini açıqlayacaq.

"Biz hələ bunu bilmirik. Bunu Paşinyandan soruşmaq lazımdır. Düşünürəm ki, Moskvada olduğu zaman o, sammitdə iştirak edib-etməyəcəyini açıqlayacaq”, – Kremlin sözçüsü deyib.

Qeyd edək ki, Paşinyanın Moskvaya səfəri dekabrın 3-nə planlaşdırılıb.
OXŞAR XƏBƏRLƏR