Xalq artisti Elmira Şabanova vəfat etdi

Xalq artisti Elmira Şabanova vəfat etdi
MAQAZİN
20:28 25.11.2026
28
Xalq artisti Elmira Şabanova vəfat edib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, o, bu gün 86 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Elmira Balahüseyn qızı Şabanova 1 noyabr 1940-cı ildə Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutundada əvvəlcə aktyorluq (1958-1962), sonra rejissorluq fakültəsini bitirib.

Hələ institutun 1-ci kursunda rejissor Rüfət Şabanovla ailə qurub və rejissor ona filmlərdə çəkilməyi qadağan edib.

Rejissor Rüfət Şabanovun həyat yoldaşı, rejissor Fuad Şabanovun anasıdır.

"Azərbaycanfilm" kinostydiyasında 30-a yaxın bədii filmdə çəkilib. 1977-ci ildə "Bədbəxtliyin astanasında" qısametrajlı bədii filmi ilə kinoya qayıdan aktrisa xüsusilə 80-ci illərdə bir-birinin ardınca kino, radio və televiziyada maraqlı obrazlar yaradıb.

Onların arasında Anarın ssenarisi əsasında və rejissorluğu ilə çəkilmiş "Qəm pəncərəsi" filmində ustalıqla oynadığı Həmidə xanım obrazı mühüm yer tutur.
OXŞAR XƏBƏRLƏR