38 yaşlı aktyor faciəli şəkildə həyatını itirdi

38 yaşlı aktyor faciəli şəkildə həyatını itirdi
MAQAZİN
23:27 20.11.2026
46
38 yaşlı aktyor ABŞ-nin Santa-Monika şəhərində estakadadan okeana tullanıb.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisə noyabrın 16-da baş verib.

Şahidlərin sözlərinə görə, hadisədən bir qədər əvvəl aktyor bir qadınla mübahisə edib və ona zərbə endirib. Hadisənin digər təfərrüatı hələlik məlum deyil.

Bildirilir ki, yerli xilasetmə xidmətlərinə estakadadan suya tullanan kişi barədə məlumat daxil olub. Təxminən 50 dəqiqə sonra xilasedicilər onun meyitini okeandan çıxarıblar.

Məhkəmə-tibbi ekspertiza nəticəsində ölən şəxsin Aleksandr Haskin olduğu müəyyən edilib.

Aktyorun atası hesab edir ki, o, hadisə zamanı güclü emosional gərginliyin təsiri altında hərəkət etmiş ola bilər.

Aktyorluq fəaliyyətinə başlamazdan əvvəl Haskin ABŞ Hərbi Hava Qüvvələrinin hərbi polis bölməsində xidmət edib. Ordudan ayrıldıqdan sonra fərdi məşqçi kimi çalışıb, daha sonra isə televiziya layihələrində ikinci dərəcəli rollarda çəkilməyə başlayıb.
OXŞAR XƏBƏRLƏR