Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır

Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
DÜNYA
23:01 20.11.2026
47
Danimarkanın Xarici İşlər Nazirliyi (XİN) Rusiya səfirini çağıraraq hərbi attaşenin ölkədən çıxarılması barədə məlumat verib.

AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Danimarkanın XİN rəhbəri Lars Lökke Rasmussen bildirib.

Attaşe 7 gün ərzində ölkəni tərk etməlidir.

Bununla yanaşı, Rasmussen Rusiya ilə diplomatik münasibətlərin hələ də vacib olduğunu bildirib.

Onun sözlərinə görə, qeyri-müəyyənlik və münaqişələrlə dolu dünyada dialoq apara bilmək vacibdir.
OXŞAR XƏBƏRLƏR