Sosial müəssisədə istilik yoxdur? - VİDEO

Sosial müəssisədə istilik yoxdur? - VİDEO
SOSİAL
01:06 26.11.2026
45
Saleh Məmmədəli iki aydır Sosial Xidmətlər Agentliyinin Həssas Əhali Qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsində yaşayır.

"Xəzər Xəbər"ə danışan Saleh Məmmədəli iddia edir ki, yaşadığı müəssisədə 9 gündür istilik yoxdur

Şikayətçi bildirir ki, əvvəl otaqlarda kondisionerlər vasitəsilə istilik təmin edilsə də, sonradan onlar da söndürülüb.

Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyinə müraciət etdik. Bildirildi ki, müəssisədə istiliklə bağlı yaranmış problem yaxın vaxtda həll ediləcək.

Sərvər Abdullayev vurğulayıb ki, vətəndaş müxtəlif illərdə Agentliyin Yevlax, Mərdəkan və Şağan Reabilitasiya Mərkəzlərində dəfələrlə reabilitasiyaya cəlb edilib.
 


OXŞAR XƏBƏRLƏR