Premium kart sahibləri üçün şəxsi çatbot

Premium kart sahibləri üçün şəxsi çatbot
İQTİSADİYYAT
12:19 22.04.2020
2004
Azərbaycan Beynəlxalq Bankı özünün premium kart sahibləri üçün yeni imkan yaradıb. Bank VISA və Mastercard beynəlxalq ödəniş sistemləri tərəfindən təqdim olunan Chatbot-Concierge (şəxsi köməkçi) xidmətini kart sahiblərinin istifadəsinə verib.

AZXEBER.COM xəbər verir ki, artıq Bankın VISA Platinum, VISA Infinite kart sahibləri Telegram, Messenger və Viber vasitəsilə VISA Chatbot-Concierge xidmətindən, Mastercard World Elite kart sahibləri isə Whatsapp, Telegram, Messenger və Viber vasitəsilə MC Chatbot- Concierge xidmətindən ödənişsiz istifadə edə bilərlər. Müştəri müvafiq kartları Azərbaycan Beynəlxalq Bankından əldə edərkən bu xidmətə avtomatik qoşulur. Kartın istifadə müddəti boyunca heç bir xidmət haqqı ödəmədən bu unikal imkandan faydalanır.

Konsyerj xidməti bir çox üstünlükləri özündə birləşdirir: işgüzar səfərlər və səyahətlərlə bağlı faydalı məlumatlar, məsləhətlər verir. Şəhər bələdçisi, biznes etiketləri, pasport və viza tələbləri, hava şəraiti və digər çoxsaylı lazımi məlumatları istənilən vaxt kart sahibinin diqqətinə çatdırır. Bu xidmət vasitəsilə, gəzinti turlarının tarixi, əyləncə və idman tədbirləri, dünyanın müxtəlif şəhərlərindəki restoranlarla bağlı məlumat və tövsiyələr almaq olar.

Konsyerj xidməti vasitəsilə kart sahibi üçün təyyarə biletlərinin, otellərin bron edilməsi, avtomobil icarəsi, təyyarə yaxud yaxtalarla özəl səyahətlər təşkil edilir. Konsertlər, idman yarışları da daxil olmaqla bir çox əyləncə tədbirlərinə giriş təmin olunur. Kart sahibi getdiyi yerlərdə biznes (katiblər, kuryer xidmətləri və s.), məişət (kommunal, dayə, kurslar, şəxsi məşqçilər və s.) və peşəkar xidmətlərə (tibbi, hüquqi və s.) ehtiyac duyduqda konsyerj xidməti onlara anında kömək göstərir. Ətraflı məlumatları buradan əldə etmək mümkündür.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Xocalıya səfəri ilə bağlı videoçarx paylaşdı
21:44 26.02.2026
Prezident Xocalıya səfəri ilə bağlı videoçarx paylaşdı
BDU-da qız tələbələrin fotolarını yayan şəxs saxlanıldı
21:40 26.02.2026
BDU-da qız tələbələrin fotolarını yayan şəxs saxlanıldı
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib