Müəssisənin laboratoriyası və idarəetmə mərkəzi ilə tanış olan Azərbaycan prezidentinə ölkənin sement bazarı və zavod haqqında məlumat verilib. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, müəssisə gündə 5 min ton klinker, ildə 2 milyon ton sement istehsalı gücünə malikdir. Zavodda 350 nəfər işlə təmin olunub.
Dövlət başçısı zavodu işə salıb və monitorda istehsal prosesinin gedişinə baxıb.
Müəssisə ilə tanışlıqdan sonra prezident İlham Əliyev zavodun kollektivi ilə görüşüb.