Prezident İlham Əliyev azərbaycanlı jurnalistin müalicəsini öz üzərinə götürdü

SİYASƏT
23:40 10.07.2013
3273

Prezident İlham Əliyev səhhətində ciddi problemlər yaşayan tanınmış jurnalist Nicat Dağların müalicəsinə lazım olan bütün xərcləri öz üzərinə götürüb.

AZXEBER.COM xəbər verir ki, dövlət başçısı jurnalistin səhhəti ilə bağlı məlumatlandırıldıqdan dərhal sonra jurnalistin müalicəsinə lazım olan bütün vəsaitlərin ödənilməsi və müalicəsinin həyata keçirilməsi üçün göstəriş verib.

Sabah jurnalist müalicə olunduğu qonşu Gürcüstandan Bakıya gətiriləcək, buradan isə müalicəsi üçün lazım olan ölkəyə göndəriləcək.

Qeyd edək ki, leykoz xəstəliyindən əziyyət çəkən jurnalistin müalicəsi ilə bağlı həmkarları dünən prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya müraciət etmişdilər. Eyni zamanda ölkənin tanınmış jurnalistləri Nicat Dağlara dəstək üçün bu gün bankda hesab açıblar.

Artıq jurnalist Nicat Dağlara bu barədə məlumat verilib və onunla danışıqlar aparılır.

OXŞAR XƏBƏRLƏR