Prezident iranlı nazirlə Araz çayı üzərində avtomobil körpüsünün inşasını müzakirə edib

Prezident iranlı nazirlə Araz çayı üzərində avtomobil körpüsünün inşasını müzakirə edib
SİYASƏT
14:40 08.04.2025
336
Azərbaycan Prezidenti İlham Əliyevlə İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqi Araz çayı üzərində avtomobil körpüsünün tikintisi layihəsi ilə bağlı fikir mübadiləsi aparıblar.

AZEBER.COM-un məlumatına görə, görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi layihəsi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR