Prezident Lü Tzyançaonu qəbul etdi

Prezident Lü Tzyançaonu qəbul etdi
SİYASƏT
16:13 02.04.2025
462
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, beynəlxalq əlaqələr şöbəsinin müdiri Lü Tzyançaonu qəbul edib.

Dövlətimizin başçısı Lü Tzyançaonun səfərinin ölkələrimiz arasında dostluq münasibətlərinin gələcəkdə də möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvarlığını bildirdi.

Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin yaxşı inkişaf dinamikasının olduğunu və bir çox sahələri əhatə etdiyini dedi. Dövlətimizin başçısı vurğuladı ki, ötən il Si Cinpinlə görüşünün nəticələrinə əsasən qəbul edilən "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” dostluq, tərəfdaşlıq və əməkdaşlığımızın nümayişi olmaqla, qarşılıqlı fəaliyyətimizin səviyyəsini yüksəldib.

Azərbaycan Prezidenti gələcəkdə də ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf edəcəyinə əminliyini bildirdi, siyasi, iqtisadi, nəqliyyat sahələrində əməkdaşlığın regionda təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın möhkəmlənməsi işinə xidmət etdiyini vurğuladı.

Lü Tzyançao dövlətimizin başçısı ilə görüşməkdən şərəf hissi duyduğunu deyərək, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını və xoş arzularını Prezident İlham Əliyevə çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş etdi.

Ölkəmizə ilk dəfə gəldiyini deyən qonaq Bakıda şahidi olduğu inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını bildirdi.

Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, bərpaolunan enerji, nəqliyyat, Orta Dəhliz və "Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında münasibətlərin inkişafına dair fikir mübadiləsi aparıldı.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məşhur arıqlama iynələri ilə bağlı XƏBƏRDARLIQ
16:14 13.03.2026
Məşhur arıqlama iynələri ilə bağlı XƏBƏRDARLIQ
Azərbaycanda doğum səviyyəsinin azalması təhsil və əmək bazarına risk yaradır – Deputat xəbərdarlıq edir
16:09 13.03.2026
Azərbaycanda doğum səviyyəsinin azalması təhsil və əmək bazarına risk yaradır – Deputat xəbərdarlıq edir
Fotolarını süni intellektlə düzəldib, qadınları şantaj edirdi - Kiberpolis saxladı
16:05 13.03.2026
Fotolarını süni intellektlə düzəldib, qadınları şantaj edirdi - Kiberpolis saxladı
Məşhur rusiyalı repçi mahnısına görə cərimələndi
15:59 13.03.2026
Məşhur rusiyalı repçi mahnısına görə cərimələndi
Adı qadağan olunmuş müğənilər sırasında olan Ayan verilişdə - VİDEO
15:50 13.03.2026
Adı qadağan olunmuş müğənilər sırasında olan Ayan verilişdə - VİDEO
Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir - SİYAHI
15:42 13.03.2026
Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir - SİYAHI
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
15:40 13.03.2026
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
"Özümü sevirəm və bədənimə yaxşı baxıram" - Gülay
15:39 13.03.2026
"Özümü sevirəm və bədənimə yaxşı baxıram" - Gülay
"Azərbaycan qlobal tədbirlər mərkəzidir"
15:38 13.03.2026
"Azərbaycan qlobal tədbirlər mərkəzidir"
UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
15:35 13.03.2026
UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
ABŞ-nin silah ehtiyatı tükənə bilərmi? - Hərbi ekspertdən açıqlama
15:33 13.03.2026
ABŞ-nin silah ehtiyatı tükənə bilərmi? - Hərbi ekspertdən açıqlama
Adnan Əhmədzadənin həbs müddəti uzadıldı
15:17 13.03.2026
Adnan Əhmədzadənin həbs müddəti uzadıldı
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
14:57 13.03.2026
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
Məşhur fenomenin həbs müddəti uzadıldı
14:52 13.03.2026
Məşhur fenomenin həbs müddəti uzadıldı
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
14:51 13.03.2026
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
14:27 13.03.2026
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı