Prezident nümayişçilərə zor tətbiq etməmək göstərişi verdi - FOTOLAR

DÜNYA
08:11 06.12.2012
1673
Misir prezidenti Məhəmməd Mursi nümayişçilərə qarşı zor tətbiq etməmək barədə göstəriş verib.AZXEBER.COM-un İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu dövlət başçısının dəftərxana rəzbəri bildirib. Bununla belə, onun sözlərinə görə, “hakimiyyət Qahirədəki toqquşmalara görə məsuliyyət daşımır”.“Bu gün prezident xalq qarşısında bir sıra vacib xəbərlərlə çıxış edəcək”, - dəftərxana rəhbəri əlavə edib.Misirin baş naziri Hişam Qəndil paytaxtdakı iğtişaşların iştirakçılarını müraiciət edərək, onları küçələri tərk etməyə çağırıb. Analoji müraciətlə “Müsəlmanlar qardaşları”nın liderləri də çıxış ediblər.Qahirədə isə gərginlik son həddə çatıb. Prezident iqamətgahının ətrafındakı məhəllələrdə əsl küçə döyüşləri gedir. Qarşıdurma tərəfləri bir-birilərinə qarşı yandırıcı maye doldurulmuş butulkalar, daşlar, dəyənək və bıçaqlarla yanaşı odlu silahlardan da istifadə edirər. Maşınlar və mağazalar yanır. “Cəbhə xətti”ndəki sakinlər evlərini tərk edərək, daha təhlükəsiz rayonlarda yaşayan qohum və tanışlarına üz tuturlar.Şahidlərin sözlərinə görə, xəsarət alanlar yüzlərlədir ölənlər də var. Misirin Səhiyyə Nazirliyi tələfatla bağlı məlumatları təsdiqləməsə də, təxminən 230 nəfərin yaralandığını açıqlayıb.

OXŞAR XƏBƏRLƏR