Prezident: “Paşinyan psixoloji sarsıntılar keçirir”

Prezident: “Paşinyan psixoloji sarsıntılar keçirir”
SİYASƏT
15:45 12.10.2020
761

"Bizdə dəqiq məlumat var ki, Ermənistanın Baş naziri Paşinyan hazırda psixoloji sarsıntılar keçirir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin "Haber Global” televiziyasına müsahibəsində bildirib.

İlham Əliyev qeyd edib ki, onun mənəvi psixoloji vəziyyəti çox gərgindir:

 

"Qeyri-adekvat qərarlar verir. Məsələn, bir neçə dəfə Hadrutu yenə işğal altına salmaq üçün onlar cəhdlər edirlər. Mənə bu səhər verilən məlumata görə, bu gecə Ermənistandan gəlmiş xüsusi təyinatlılardan ibarət böyük bir qrup Hadrutu yenidən işğal etməyə çalışıb. Halbuki, bunun strateji nöqteyi-nəzərdən Ermənistan üçün böyük önəmi yoxdur.

Sadəcə olaraq gedib, orada selfi çəkdirmək və əhalisinə bir rapor vermək üçündür. Azərbaycan ordusu o qrupu zərərsizləşdirib. Orada bu gecə Ermənistanın verdiyi qurbanlar sırf Paşinyanın məsuliyyətsizliyi və yırtıcı siyasətinin nəticəsidir. Onlar öyrəşiblər ki, dünya mediasından daim dəstək veriləcək. Dünya erməniliyi, onların havadarları, Ermənistanı və bizə qarşı təcavüzkar siyasətini dəstəkləyirdilər.

Azərbaycan haqqında olmazın yalanları yayırdılar. Azərbaycanlıları təcavüzkar kimi göstərmək istəyirdilər, ancaq bugünkü dünyada artıq internet dönəmində bunu etmək onlar üçün çətindir.

Bu gün onlar informasiya mübarizəsində də əvvəlki mövqelərə sahib deyillər. Biz haq yolundayıq. Biz öz torpağımızdayıq və öz torpağımızda vuruşuruq. Erməni əsgəri bizim torpaqlarımızdan çıxarsa, bu münaqişəyə son qoyulacaq”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
15:53 27.06.2025
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
15:43 27.06.2025
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
13:32 27.06.2025
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
13:17 27.06.2025
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
13:01 27.06.2025
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
12:45 27.06.2025
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
12:43 27.06.2025
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
12:35 27.06.2025
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb