Prezidentdən tarixi amnistiya təşəbbüsü kimlərə şamil ediləcək? - ŞƏRH

Prezidentdən tarixi amnistiya təşəbbüsü kimlərə şamil ediləcək? - ŞƏRH
SİYASƏT
15:58 16.12.2025
428
"Prezidentimizin amnistiya aktının qəbul edilməsi ilə bağlı təşəbbüslə çıxış etməsini alqışlayıram. Bu, olduqca humanist bir addımdır. Şübhəsiz ki, cənab Prezidentin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır və humanizm, mərhəmət prinsipləri onun fəaliyyətinin əsas sütunlarından biridir”.

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev bildirib. 

O deyib ki, amnistiya və əfv anlayışlarını bir-birindən dəqiq fərqləndirmək vacibdir:

"Çünki burada söhbət Prezident tərəfindən irəli sürülmüş amnistiya təşəbbüsündən gedir. Kimlərin əfv edilə biləcəyi məsələsi isə ayrıca anlayışdır. Amnistiya Milli Məclis tərəfindən qəbul edilən normativ-hüquqi aktdır, geniş şəxslər dairəsinə şamil olunur və kütləvi xarakter daşıyır. Əfv isə Prezidentin fərdi səlahiyyətidir və konkret şəxslərə münasibətdə tətbiq edilir. Hazırda müzakirə edilən məsələ əfv deyil, məhz amnistiya təşəbbüsüdür".

Ə.Nuriyev bildirib ki, amnistiya aktı qəbul edilərsə, onun kimlərə şamil olunacağı məsələsi ön plana çıxır 
 
"Belə ki, amnistiya aktı aşağıdakı kateqoriyalara aid şəxslərə tətbiq edilə bilər. Dövlətin ərazi bütövlüyünün müdafiəsində, yəni Vətən müharibəsində, 2023-cü il 19–20 sentyabr tarixlərində keçirilmiş antiterror əməliyyatlarında iştirak etmiş şəxslərə, həmin əməliyyatlar zamanı həlak olmuş və ya xəsarət almış şəxslərin yaxın qohumlarına və Ermənistanın hərbi təxribatları nəticəsində zərər çəkmiş şəxslərə, mülki əhaliyə qarşı törədilmiş hərbi təxribatlar nəticəsində həyatını itirmiş şəxslərə şamil olunur. Bununla yanaşı, sosial baxımdan həssas qruplar da amnistiya aktının əhatə dairəsinə daxil edilə bilər. Buraya qadınlar, 60 yaşına çatmış və daha yuxarı yaşda olan şəxslər, yetkinlik yaşına çatmayanlar, eləcə də digər humanitar əsaslı kateqoriyalar daxildir. Bir qayda olaraq, amnistiya aktı cinayət xarakterinə görə böyük ictimai təhlükə törətməyən əməllərə şamil olunur. Bunlara böyük ictimai təhlükə yaratmayan cinayətlərə görə məhkum olunmuş və ya cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər, ehtiyatsızlıqdan törədilmiş az ağır və ya ağır olmayan cinayətlərə görə məhkum edilmiş şəxslər daxildir. Bu kateqoriyaya aid olan şəxslər ya tamamilə cəzadan azad edilə, ya cəzanın çəkilmə müddəti azaldıla, ya da cinayət məsuliyyətindən tam azad edilə bilərlər. Lakin hüquqi praktikaya əsasən, amnistiya aktı ağır və xüsusilə ağır cinayətlərə, terrorçuluğa, dövlətə xəyanətə, qəsdən adam öldürməyə, təkrar ağır zorakılıq cinayətlərinə şamil edilmir. Bu məqamlar amnistiya aktının yekun mətnində dəqiq şəkildə öz əksini tapacaqdır".

Hüquq müdafiəçisi vurğulayıb ki, hazırkı amnistiya aktı minlərlə şəxsə şamil edilə bilər:

"Amnistiya aktının gözlənilən miqyasına gəldikdə isə, bu təşəbbüs Azərbaycanın bütün ərazilərində konstitusiya quruluşunun tam bərpa olunmasından sonra irəli sürülüb, onun miqyasının daha geniş olacağı ehtimal edilir. Mətbuatda yayılan məlumatlara əsasən də bu qənaət formalaşır. Xatırlatmaq lazımdır ki, 2021-ci ildə qəbul edilmiş Zəfər amnistiyası 17 200-dən artıq şəxsə şamil olunmuşdu. Düşünürəm ki, hazırkı amnistiya aktı da minlərlə şəxsə şamil edilə bilər. Təxminən 5 000-dən çox şəxsin cəzadan və ya məhkumluqdan azad olunması mümkündür. Bu nəticəyə indiyədək qəbul olunmuş amnistiya aktları ilə müqayisə apararaq gəlmək olar. Bundan başqa, bir sıra şəxslərin cəzası azaldıla və ya daha yüngül cəza növü ilə əvəz edilə bilər. Bu amnistiya aktı Azərbaycanın tarixində ən genişmiqyaslı amnistiya aktlarından biri ola bilər. Bu təşəbbüs hüquq, dövlətçilik, humanizm və mərhəmət prinsipləri, post-müharibə dövründə sosial reinteqrasiya, eləcə də Konstitusiyanın ölkənin bütün ərazilərində tam tətbiqi kontekstində qiymətləndirilməlidir".
 
 
Milli Məclisin deputatı Tahir Rzayev deyib ki, İlham Əliyev sayəsində bir çox insan normal həyatına qayıdıb:

"Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən son illərdə bir sıra amnistiya aktları imzalanıb. Bunun nəticəsində minlərlə insan yenidən normal həyata qayıdıb. Bu addımlar dövlətimizin rəhbərinin humanizm prinsipinə sadiqliyinin, insana göstərdiyi qayğı və diqqətin bariz nümunəsidir”.

Parlamentari qeyd edib ki, amnistiya cəmiyyət üçün mühüm tərbiyəvi əhəmiyyət daşıyan bir vasitədir:

"Müəyyən səhvlər ucbatından həbs olunan, lakin sonradan peşmançılıq hissi keçirən insanların azadlığa buraxılması, şübhəsiz ki, insanpərvərliyin təzahürüdür və alqışlanmalıdır. Yeni amnistiya aktının qəbul edilməsi ilə təxminən 20 minə yaxın şəxsin azadlığa buraxılması və ya cəzalarının müəyyən hissəsinin bağışlanması çox böyük humanitar əhəmiyyətə malikdir”.

Deputat qeyd edib ki, bu qərar cəmiyyət tərəfindən rəğbətlə qarşılanır:

"Bu qərar cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Çünki həmin insanlar yenidən sağlam və normal həyata qovuşur, ailələri ilə bir araya gəlirlər. Onlar buraxdıqları səhvləri dərk edərək, gələcəkdə eyni yanlışlara yol verməmək üçün daha məsuliyyətli mövqe tuturlar. Hər bir insan azadlıq və normal həyat arzusundadır. Bu imkanı onlara yaratmaq isə insana qayğı, diqqət və etimadın göstəricisidir. Cənab Prezident tərəfindən imzalanacaq növbəti amnistiya aktı da məhz bu ali məqsədlərə xidmət edir”.
 
Şahanə Ziyad
 
Yazı Medianın İnkişafı Agentliyinin "insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi və siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığın artırılması" mövzusunda dərc edilib.

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: İranla danışa bilərik
15:36 10.03.2026
Tramp: İranla danışa bilərik
Canlı yayımda söyüş söyən daha bir tiktoker CƏZALANDIRILDI
15:35 10.03.2026
Canlı yayımda söyüş söyən daha bir tiktoker CƏZALANDIRILDI
Nazir Xankəndi və Xocalıda təhsil müəssisələrində olub
15:18 10.03.2026
Nazir Xankəndi və Xocalıda təhsil müəssisələrində olub
Nigar Camalla Samir Piriyevdən duet - VİDEO
15:18 10.03.2026
Nigar Camalla Samir Piriyevdən duet - VİDEO
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
15:09 10.03.2026
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
Abbas Əraqçi Türkiyəyə atılan raketlərin İrana aid olmadığını açıqladı
15:04 10.03.2026
Abbas Əraqçi Türkiyəyə atılan raketlərin İrana aid olmadığını açıqladı
Naxçıvanda  pirotexniki vasitələr satan şəxslər saxlanıldı
15:00 10.03.2026
Naxçıvanda pirotexniki vasitələr satan şəxslər saxlanıldı
ABŞ-İsrail və İran Müharibəsində 11-ci gün: Bölgədə daha hansı hadisələr baş verə bilər?
14:42 10.03.2026
ABŞ-İsrail və İran Müharibəsində 11-ci gün: Bölgədə daha hansı hadisələr baş verə bilər?
İranda yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
14:31 10.03.2026
İranda yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert