Prezidentin köməkçisi: "Yalnız bu gün ərzində Tərtərə 2 mindən çox mərmi atılıb"

Prezidentin köməkçisi: "Yalnız bu gün ərzində Tərtərə 2 mindən çox mərmi atılıb"
Siyasət
18:56 02.10.2020
753

"Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini qəsdən hədəfə almaqda davam edir".

Bunu AZXEBER.COM-a açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. 

"Yalnız bu gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb. Bu vəhşilik, barbarlıq və insanlığa yaraşmayan hərəkətdir.

Ermənistanın beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının müddəalarını kobud surətdə pozan bu hərəkəti müharibə cinayətidir.

Bildiririk ki, Azərbaycan silahlı qüvvələri tərəfindən adekvat cavab tədbirləri həyata keçiriləcəkdir", o vurğulayıb. 

OXŞAR XƏBƏRLƏR