ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evin yanında atışma baş verib.
Polislər sərnişinləri bir-birlərinə atəş açan maşınları görən kimi təqibə başlayıblar. Maşınlar yüksək sürətlə hərəkət edirdilər. Az sonra içində AK-47 avtomatı olan avtomobil atılmış vəziyyətdə tapılıb. Onun aradan çıxmış sürücüsünün axtarışları davam edir. Ağ Evin həndəvərindəki bəzi küçələri polis qapadıb.
Milli.az